<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Ulu Tanrım, baxdıqca yaratdığın İL115</title>
<lyrics>[V1]
 Ulu Tanrım, baxdıqca yaratdığın dünyaya,
 Məhəbbətinlə yaşayan, nurunla işıqlanan,
 Ruhun ilə güclənən ürəkləri görərkən -

[C1]
   Onda ruhum, ruhum oxuyur mənim
   Sənin qüdrətinə, oxuyur ruhum mənim Sənə.

[V2]
 Ulu Tanrım, baxdıqca ulduzlarla parlayan,
 Günəş, Ayla nur saçan, gur yağışlı səmaya,
 Aşıb - daşan çaylara, dəryalarına -

[V3]
 Ulu Tanrım, nə vaxt ki, mən gəlirəm qarşına,
 İşığın şəfəq saçır həm qəlbimə, gözümə,
 Ruhum isə itaətlə qəbul edir sözünü.</lyrics>
<hymn_number>115</hymn_number>
</song>